Akademik Musiqili Teatr mövsümə yekun vurur

Akademik Musiqili Teatr mövsümə yekun vurur
calendar 4 iyul 2019
clock 16:21

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir. Bu münasibətlə iyulun 4-də teatrda təntənəli mükafatlandırma mərasimi keçirilib.

Kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən bir qrup əməkdaşa prizlər və pul mükafatları verilib. Mükafatlandırılanlar arasında Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Nərgiz Kərimova da var.

Mərasimdə, həmçinin Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı təqdim olunub. Xalq artistləri Cənnət Səlimova, Afaq Bəşirqızı və “Balaca şahzadə” tamaşasının rəssamı Məryəm Ələkbərli “Büllur alma” mükafatına layiq görülüblər.

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi “Sənətkar medalı”, yaradıcılıq fəaliyyətləri ilə seçildiklərinə görə teatrın aktyorları - Məhərrəm Qurbanov, Hüseyn Əlili, Əliməmməd Novruzov və Ruslan Mürsəlovu fəxri fərmanla təltif edib. /azertag.az/

# 2170 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news