Bakıda Beynəlxalq Novruz Festivalı keçiriləcək

Bakıda Beynəlxalq Novruz Festivalı keçiriləcək
calendar 16 mart 2015
clock 15:09

Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE-Bakı ) Novruz bayramı münasibətilə 20-26 mart tarixləri arasında Beynəlxalq Festival həyata keçirəcək. Kulisin məlumatına görə tədbirdə dünyanın 30-a yaxın müxtəlif ölkələrdən dəvət olunmuş xarici qonaqlara Novruzun bayramının tarixi və Azərbaycan mədəniyyəti haqda məlumat veriləcək.

Festivalın təşkil olunmasında məqsəd xarici gəncləri öz ölkəmiz və ənənələrimizlə yaxından tanış etməkdir. Məlumat üçün bildirək ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi, AEGEE-Bakı birliyinin təşəbbüsü ilə “Bosfor” oteldə baş tutacaq .

Qeyd edək ki, EGEE-Bakı ictimai birliyi özündə Avropanın 43 ölkəsini, 240 şəhərini və 15 mindən çox gəncini birləşdirən AEGEE-Avropanın Bakıdakı yerli nümayəndəliyidir. 2004-cü ildə fəaliyyətə başlayan birlik 1500-dən çox yerli tələbələri müxtəlif layihələrə cəlb etmişdir.

Təşkilat fəaliyyətini ildən ilə genişləndirərək, Azərbaycan və Avropa tələbələri arasında əməkdaşlığın yaradılması və Avropa ideyalarını təbliğ etmək məqsədi ilə öz yolunda irəliləyir.

Turan İsayeva

# 1131 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news