Gənc rəssamların nəzərinə: seminar keçiriləcək

Gənc rəssamların nəzərinə: seminar keçiriləcək
calendar 17 avqust 2017
clock 11:08

Avqustun 28-dən başlayaraq “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında yerli fırça ustaları üçün braziliyalı rəssam Şeyla Zaqo tərəfindən seminarlar keçiriləcək.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, beş gün davam edəcək seminarın məqsədi kommunikasiya və ictimailəşdirmə vasitəsilə qadın vücudunun predmetləşdirilməsini araşdırmaqdır.

Rəssam onu görməyə gələn, habelə yoldan keçən adamlar üçün açıq studiya təşkil edəcək. Bu proses foto-video materiallarla sənədləşdiriləcək və sənət əsərlərinə çevrilən əlavə materiallar yaratmağa imkan verəcək. Layihə dünyanın hər yerində rəssamları təbliğ edən və yerli tərəfdaşlarla təhsil proqramlarını inkişaf etdirən kollektiv səyyar müasir incəsənət layihəsi CONEXUS-un bir hissəsidir.

Doqquz il əvvəl Braziliyada yaradılmış layihə bu gün dünyanın hər yerində insanları incəsənətin dili ilə bir araya gətirməyə çalışır.

Seminarda iştirak etmək istəyənlər avqustun 23-dək [email protected] elektron ünvanına müraciət edə bilər.

# 1156 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news