Həmvətənlərimiz Böyük Teatrda opera oynayacaq

Həmvətənlərimiz Böyük Teatrda opera oynayacaq
calendar 20 noyabr 2017
clock 09:56

2018-ci il yanvarın 18-dən 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək.

Yanvarın 19-da və 21-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Jorj Jermon rolunu Əməkdar Artist Elçin Əzizov (bariton) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci ildə Moskvada Dinara Əliyevanın “Opera Art” Birinci Beynəlxalq Musiqi Festivalı keçirilib.

E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos” Aleksandr Borodinin “Knyaz İqor” operalarında obrazlar yaradıb. /azertag.az/

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news