Tbilisidə küçəyə Rəşid Behbudovun adı verilib

Tbilisidə küçəyə Rəşid Behbudovun adı verilib
calendar 27 dekabr 2017
clock 15:06

Bu il Gürcüstanın paytaxtı Tbilisi şəhərinin yaxınlığında yerləşən Poniçala (Soğanlıq) qəsəbəsinin küçələrindən birinə Rəşid Behbudovun adı verilib.

Azərbaycanın Gürcüstandakı səfirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu barədə qərar Tbilisi sakrebulosu (şəhər bələdiyyə şurası) tərəfindən 25 iyul 2017-ci il tarixində qəbul olunub.

Səfirlikdən əlavə olaraq bildirilib ki, Tbilisinin Qldani rayonunun 7-ci mikrorayonunda yerləşən adsız küçələrdən birinə 2014-cü ildə Gürcüstanın azərbaycanlı xalq qəhrəmanı Xudu Borçalının adı verilib.

Qeyd edək ki, APA-nın Gürcüstan müxbiri Tbilisinin görkəmli azərbaycanlılarının adını daşıyan küçələrlə bağlı araşdırma apararkən, yerli azərbaycanlılar şəhərdə Rəşid Behbudovun adını daşıyan küçənin olmadığını bildiriblər. Məlum olur ki, onların məlumatsızlığına səbəb bu barədə xəbərin yerli və Azərbaycan mediasında işıqlandırılmamasıdır

# 2041 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news