Məmməd İsmayılın şeirləri Rusiyanın məşhur jurnalında

Məmməd İsmayılın şeirləri Rusiyanın məşhur jurnalında
calendar 4 yanvar 2018
clock 17:18

Rusyanın məşhur ədəbi orqanalarından olan “Literaturnoe znakomstvo” jurnalı geçən ilin dekabr nömrəsində həmyerlimiz şair Məmməd İsmayılın bir silsilə şeirlərini məşhur rus şairi Mixail Sinelnikovun tərcümvsində oxuculara təqdim edib.

Kulis.azın verdiyi xəbərə görə, “Bu evin ruhu” adlandırılan silsilədə şairin “Yetim sevgilər”, “Məni unutmazsan o dünyada da”, “Ötür qürbət martıları”, “Mən sənin yadına düşən deyiləm”, “Can köynəyi” şeirləri yer alıb.

Yeri gəlmişkən qeyd edək ki, M.İsmayıl “Leteraturnıe Znakomstva” jurnalının redaksiya heyyətinin üzvü və Türkiyə təmsilçisidir.

Təqdim yazısında deyilir: “M.İsmayıl ilk şeirlərindən Azərbaycanın öndəgələn sənətkarları tərəfindən yüksək dəyərləndirilmişdir.Şair hələ Sovet dönəmində bir çox ədəbi mükafatlara layiq görülmüş və böyük ünə qovuşmuşdu. Rus dilində bir çox kitabları nəşr olunmuşdur. Bunların arasında “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan şeir və poemalarının yer aldığı seçilmiş əsərlərini göstərmək olar. Məmməd İsmayıl hazırda Türkiyənin böyük universitetlərindən biri olan Çanaqqala 18 Mart Universitetində professor kimi fəaliyyət göstərir və vaxtının çoxunu şeir və filoloji araştırmalarına sərf edir. Amma hər şeydən öncə indiyə qədər yazmaqda davam etdiyi mükkəmməl şeirləri ilə Azərbaycan oxucularının sevdiyi bir şair olaraq qalır. M.İsmayıl Türkiyədə də məşhurdur və monumental kitabları çap olunmaqdadır. M.İsmayılın şeirləri dünyanın bir çox dillərinə çevrilmişdir. Onun əsərləri Rus oxucusunun da marağından uzaq deyil. 2013-cü ildə Moskvada üç rus şairi- Yuri Kuznetsov, Aleksandr Kuşner və Mixail Sinelnikov tərəfindən tərcümə edilən “Vmesto pisma” kitabı yayınlanmışdır…”

# 1323 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news