Səddam Hüseynin yazdığı roman satışa çıxarıldı

Səddam Hüseynin yazdığı roman satışa çıxarıldı
calendar 25 yanvar 2018
clock 10:41

İnternet şəbəkəsində İraqın keçmiş prezidenti Səddam Hüseyn tərəfindən yazılmış sevgi romanı tapılıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, ingilis dilinə tərcümə olunmuş mətn Amazon internet satış portalındadır.

Kitab “Zabibə və şah” adlanır. Roman 2000-ci ildə yazılıb və 160 səhifədən barətdir. Əsərin janrını “alleqorik sevgi əhvalatı” kimi təyin ediblər. Əsərdə hadisələr bir neçə min il əvvəl baş verir.

Baş qəhrəman seçilmiş şahın Səddam Hüseynin özünü simvolizə etdiyi qeyd olunur. Süjetə görə, hər gecə şahın yanına kəndli qızı Zabibə gəlir və personajlar din, milliyətçilik və xalqın iradəsi haqda söhbət edirlər.

Əvvəlcə roman anonim çap olunub, daha sonra araşdırma aparan mütəxəssislər onun diktatorun ayağına yazıblar. Mərkəzi Kəşfiyyat İdarəsinin versiyasına görə, roman hüseynin detallı redaktəsi altında başqa yazıçılar tərəfindən yazılıb.

2016-cı ilin yayında Böyük Britaniyada İrakın keçmiş prezidenti təıərfindən yazılmış povestin çap olunacağı haqda bəyanatlar yayımlanmışdı. Kitabı “Kartdan ev” və “Taxt oyunu” əsərlərinin qarışığı kimi xarakterizə edirlər. Povestdə 1500 il əvvəl Fərat sahilində yaşayan və yadelli işğalçılarla mübarizə aparan xalqdan bəhs olunur.

# 1360 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news