Azərbaycan ilk dəfə Boloniya kitab sərgisində

Azərbaycan ilk dəfə Boloniya kitab sərgisində
calendar 1 aprel 2019
clock 18:46

Bu il 1-4 aprel tarixində Azərbaycan ilk dəfə olaraq İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

Kulis.azın verdiyi xəbərə görə, Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.

Yerli nəşriyyatlarımız – “Şərq-Qərb”, “Qələm”, “Altun kitab” və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı xüsusi dizaynda hazırlanmış Azərbaycan stendində 4 gün boyunca Azərbaycan mədəniyyəti, kitab sənəti, xüsusi ilə Azərbaycan uşaq ədəbiyyatının tanıdılması, nümayişi və kitab təqdimatlarının təşkili, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması nəzərdə tutulur.

Sərgi çərçivəsində milli stenddə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin təqdimatı keçirilir və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevirilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.

Sərgidə iştirak edən müxtəlif ölkələrin nəşriyyatlarını təmsil edən nümayəndələrinə Bakı şəhərində iki ildən bir beynəlxalq nüfuza malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqında məlumat verilir və onlar sərgidə iştiraka dəvət edilir. Qeyd edirik ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2019-cu ilin 27-29 sentyabr tarixində keçiriləcəkdir.

# 2449 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news