Fərid Hüseynin Özbəkistanda kitabı çap olunub

Fərid Hüseynin Özbəkistanda kitabı çap olunub
calendar 13 aprel 2019
clock 13:25

Özbəkistanda gənc şair Fərid Hüseynin özbək və rus dillərinə tərcümə olunmuş “Səmərqənd divanı” kitabı çap edilib.

Kitab Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə nəşr edilib. Layihənin rəhbəri AMM-in direktoru Samir Abbasovdur. Kitabın özbək və Azərbaycan dilindəki variantının “Ön söz”ünü Xalq yazıçısı Anar, rus variantını isə tərcüməçi Nicat Məmmədov yazıb.

Kitabı orijinaldan özbək dilinə Tahir Qahhar, rus dilinə Nicat Məmmədov tərcümə edib. Nəşrin Azərbaycan və rus dilindəki variantlarının redaktoru Səlim Babullaoğludur.

Kitabda Cavanşir Yusifli, Səlim Babullaoğlu, Əsəd Cahangir, Kənan Hacının ayrı-ayrı vaxtlarda dövri mətbuatda “Səmərqənd divanı” haqqında yazdıqları və bildirdikləri fikirlər də yer alıb.

Fərid Hüseynin “Səmərqənd divanı” poetik silsiləsi şairin fanilik hissinə, insan həyatının mənasına ucaltdığı poetik şərh hesab oluna bilər. Dünyanın faniliyi, ötəriliyi, bu şeirlərdə olduqca dərin şəkildə, fərqli məzmunda – bir şəhərin tarixi ekskursu kimi öz əksini tapıb.

Kitab iki doğma dövlətin – Azərbaycan və Özbəkistanın ruhunun, təfəkkürünün, dünyagörüşünün yaxınlığının poetik ifadəsi baxımından da olduqca qiymətlidir. “Səmərqənd divanı” Azərbaycan və Özbəkistan ədəbiyyatına, ədəbi-mədəni əlaqələrinə dəyərli töhfədir.

# 2222 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news