Ramiz Rövşən: “Qadının yeri cəhənnəmdirsə...”

Ramiz Rövşən: “Qadının yeri cəhənnəmdirsə...”
calendar 4 noyabr 2019
clock 12:45

“Mən qadınlarının yerinin cəhənnəm olduğunu deyə bilmərəm. Siz cənnəti, cəhənnəmi görmüsünüz?”

Kulis.az xəbər verir ki, bu sözləri təqdimatların birində jurnalistlərin suallarını cavablandıran Xalq şairi Ramiz Rövşən Akif İslamzadənin “qadınların yeri cəhənnəmdir” fikrinə münasibət bildirərkən söyləyib.

Şair daha sonra əlavə edib:

“Bilirsiniz, hansı daha maraqlıdır? Bilmirsiniz axı. Əgər qadının yeri cəhənnəmdirsə, onda kişilərin birbaşa gedəcəyi yer cəhənnəmdir. Mən bir dəfə Elçinin bir sözünü demişdim, başqaları düz başa düşməməişdilər. Demişdim, görün biz qadını nə qədər alçaltmışıq, aşağı salmışıq ki, onu kişi ilə bərabər səviyyədə tuturuq. Qadın kişinin başının tacıdır. Və bu mənim ən dəqiq düşüncəmdir! Fikirləşin ki, bir ailədə bir kişi haqqında, nəsə onu aşağılayan bir söz deyilsin, bundan qadın üçün toz boyda ləkə qonmaz. Amma qadın haqqında deyilən hər bir pis söz onun üçün ləkə olar. Deməli, qadın daha dəyərli, daha qiymətlidir. Kişi qadını elə qorumalıdır ki, ona toz da qonmasın.”

# 3519 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news