Cəlil Məmmədquluzadənin əsərləri Bolqarıstanda

Cəlil Məmmədquluzadənin əsərləri Bolqarıstanda
calendar 8 noyabr 2019
clock 13:57

Bolqarıstanda Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”i nəşr edilib.

Kulis.az-ın verdiyi xəbərə görə, ideya müəllifi və ön söz akademik İsa Həbibbəyliyə məxsusdur.

İsa Həbibbəylinin "Cəlil Məmmədquluzadə və Azərbaycan ədəbiyyatının "Molla Nəsrəddin” dövrü” adlı öz sözündə böyük demokrat yazıçının həyatı və yaradıcılığından, mollanəsrəddinçi müasirlərinin xidmətlərindən geniş bəhs olunur. Sofiyada çap olunmuş Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin Bolqarıstan Milli Kitabxanasında İsa Həbibbəylinin iştirakı ilə geniş təqdimatı və müzakirəsi keçirilib.

İlk dəfə bolqar dilində kitab halında çap olunan Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin məsul redaktoru Bolqarıstan Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun direktoru, professor Elka Traykovadır. Tərcümənin redaktoru Bolqarıstan Sofiya Dövlət Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin direktoru Sofiya Şiqayeva Mitreskadır.

Əsərləri Azərbaycan dilindən bolqar dilinə Sofiya Şiqayeva Mitreska ("Poçt qutusu” və "Molla Fəzləli”), Sofiya Dövlət Universitetinin Türkologiya ixtisası üzrə təhsil alan tələbələri Aysun Yumer ("Kişmiş oyunu”), Alper Emurlov ("Usta Zeynal”), Çiydem Aliosmanova ("Saqqallı uşaq” və "Dəllək”), Liliya Yordanova ("Nigarançılıq”), Janet Nikolova ("Bəlkə də qaytardılar”) tərcümə ediblər.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news