Molla Pənah Vaqifin kitabı Astanada təqdim olunub

Molla Pənah Vaqifin kitabı Astanada təqdim olunub
calendar 27 iyun 2017
clock 15:40

Astanada “Oxuyan dünyada oxuyan millət” adlı beynəlxalq simpozium çərçivəsində türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransı keçirilir.

Qazaxıstan Milli Kitabxanasının təşkilatçılığı ilə keçirilən konfransın məqsədi türk mədəniyyətinin təbliği, türkdilli dövlətlərin milli kitabxanaları arasında dil və tarixi əsasda əməkdaşlığın inkişafı, məlumat mübadiləsi, müasir layihələrin reallaşdırılmasıdır.

Konfransda türkdilli dövlətlərin kitabxanalarının bazalarının artırılması məsələləri müzakirə edilib.

Tədbirin moderatoru M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov “Azərbaycan kitabxanası bu gün” mövzusunda çıxış edib.

Konfrans çərçivəsində akademik Nizami Cəfərovun “Molla Pənah Vaqif” kitabının təqdimatı keçirilib.

Kərim Tahirov TÜRKSOY-un 2017-ci ili “Molla Pənah Vaqif ili” elan etdiyini xatırladıb.

Çıxış edən TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov Molla Pənah Vaqifin əsərlərinin bir neçə dilə tərcümə olunması ilə bağlı işlərin aparıldığını bildirib.

Müəllif Nizami Cəfərov kitabda Molla Pənah Vaqifin həyatı, yaradıcılığı, dünyagörüşündən bəhs edildiyini söyləyib.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı konfransda “Sosial-mədəni mühitdə tarixi muzeylərin yetişməkdə olan nəslin formalaşmasına təsiri” mövzusunda çıxış edib.

Yekunda türkdilli dövlətlərin milli kitabxana direktorlarının V beynəlxalq konfransının nizamnaməsi imzalanıb.

Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi tərəfindən M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova minnətdarlıq diplomu təqdim edilib. /azertag.az/

# 1076 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news