Zakir Fəxrinin “Şeirlər” kitabı təqdim olunub

Zakir Fəxrinin “Şeirlər” kitabı təqdim olunub
calendar 24 aprel 2018
clock 10:01

Atatürk Mərkəzində Azərbaycanın tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabının təqdimat mərasimi keçirilib.

Kulis.azın APA-ya istinadən verdiyi məlumata görə tədbirdə ölkənin ziyalıları, elm, mədəniyyət və ədəbiyyat xadimləri iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan akademik Nizami Cəfərov şairin yaradıcılığından, poetik dünyasının zənginliyindən və özünəməxsusluğundan danışıb: “Zakiri ədəbiyyata, poeziyaya, sonralar formalaşıb poetik “mən”ə çevriləcək insan “mən”i gətirdi. Zakir Fəxrinin həmin o poetik “mən”i yalnız poeziyasında yox, onun məqalələrində, müsahibələrində, dünya poeziyasından çevirdiyi çoxlu sayda poetik tərcümələrində də özünü biruzə verdi. Bu poetik “mən” nə qədər gerçəkliyin mistikasıdırsa, bir o qədər də mistikanın gerçəkliyidir, nə qədər irreallığın reallığıdırsa, bir o qədər də reallığın irreallığıdır”.

Sonra söz tədbir iştirakçılarına verilib. Azərbaycan Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri İrfan Çiftçi, millət vəkili Musa Quliyev, Mətbuat Şurasının sədr müavini Umud Rəhimov, professor Qulu Məhərrəmli, akademik Hətəm Quliyev, tənqidçi Vaqif Yusifli, şair Vaqif Bəhmənli və digər qonaqlar şairin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

# 1443 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news