Kamal Abdullanın romanı Kişineuda təqdim olunub

Kamal Abdullanın romanı Kişineuda təqdim olunub
calendar 13 aprel 2019
clock 10:03

Kişineu şəhərində Xajdeu adına kitabxanada XXIII beynəlxalq kitab salonu çərçivəsində Azərbaycanın Moldovadakı səfirliyinin dəstəyi ilə tanınmış yazıçı, akademik Kamal Abdullanın “Sehrbazların dərəsi” romanının (“Cămpia Vrăjitorilor”) təqdimatı keçirilib. Kitab rumin dilinə “Al və Kuza” Yas Universitetinin dosenti Lyudmila Bejenaru və onun tələbəsi İrina Milea tərəfindən tərcümə edilib.

Azərbaycanın Moldovadakı səfirliyindən bildiriblər ki, tədbirdə səfirlik əməkdaşları ilə yanaşı, yerli ziyalılar, “Al və Kuza” Yas Universitetinin müəllim və tələbələri iştirak edib. İştirakçılara Kamal Abdullanın həyat və yaradıcılığı, həmçinin roman barədə geniş məlumat verilib.

Qeyd edilib ki, 2006-cı ildə nəşr olunan, Mistik əhvalatların baş verdiyi, paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən, Sufi dərvişlərin həyatından bəhs edən mistik roman müxtəlif dillərdə və müxtəlif ölkələrdə çap edilməklə dünya oxucusunun da diqqətini çəkmişdir. Vurğulanıb ki, yazıçı Kamal Abdullanın oxucunun diqqətinə müxtəlif dillərdə təqdim edilən “Sehrbazlar dərəsi” romanı orta əsrlərdə və sonrakı dövrdə islam mədəniyyətinin mühüm komponentlərindən biri olan sufiliyin təsiri altında yaranmış təxəyyülün məhsuludur.

Onu da qeyd edək ki, xanım L.Bejenaru son 7-8 il ərzində öz elmi və mədəni maraqlarını Azərbaycanla bağlayıb. 2013-2014-cü illərdə Azərbaycan Slavyan Universitetində Yanus layihəsində 10 ay iştirakçı olub, K.Abdullanın yaradıcılığı barədə kitab yazıb. O, Bakıda konfranslarda iştirak edib və artıq 2 ildir ki, “Al və Kuza” Yas Universitetində Azərbaycan multikultiralizmi üzrə kurs aparır.

# 2142 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news