Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb

Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırıb
calendar 2 may 2019
clock 16:03

Yazıçılar Birliyi tərcüməçiləri mükafatlandırdı. Əhməd bəy Ağaoğlu mükafatı mayın son həftəsində təqdim ediləcək.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il görkəmli ictimai xadim, siyasətçi, jurnalist, pedaqoq, yazıçı, türkoloq Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaqdır. Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan ədəbiyyatının xaкicdə təbliği ilə məşğul olan, eləcə də dünya ədəbi nümunələrini dilimizə çevirmiş, həmçinin ədəbi əlaqələr sahəsində mühüm işlər görmüş bir qrup tərcüməçi, naşir və ədibə XX əsr Azərbaycan siyasi fikrində dərin iz qoymuş mütəfəkkir Əhməd bəy Ağaoğlunun adını daşıyan diplom və pul mükafat təqdim edəcəkdir.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu açıqlamasında bildirib ki, mükafatçılar sırasında Söhrab Sipehrinin "Suyun ayaq səsi” şeirlər kitabının tərcüməsinə görə filologiya üzrə fəlsəfə doktoru Məsiağa Məhəmmədi, Tomas Sternz Eliotun "Bəhrəsiz torpaq” şeirlər və araşdırmalar toplusuna görə prof. Cavanşir Yusifli, "Dünya ədəbiyyatı” dərgisinin hazırlanmasına və nəşrinə görə ədəbiyyatşünas, tərcüməçi Seyfəddin Hüseynli, Azərbaycan ədəbiyyatı nümunələrinin polyak dilinə tərcüməsinə görə tərcüməçi İlahə Kərimova və Azərbaycan ədəbiyyatı nümunələrinin İranda təbliği və nəşri işinə görə naşir Səid Muğanlı da vardır.

Mükafatlar may ayının sonuncu həftəsi təqdim ediləcəkdir./artkaspi.az/

# 2893 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news