Vudi Allen yeni film çəkəcək

Vudi Allen yeni film çəkəcək
calendar 9 iyul 2019
clock 18:24

Amerika kinorejissoru Vudi Allen Milanın opera səhnəsində debüt edib. “La Skala” teatrında onun quruluşunda Cakomo Puççininin (1858-1924) bir aktdan ibarət “Canni Skikki” operasının premyerası olub. “Canni Skikki” bəstəkarın “Plaş” və “Ancelika bacı” operalarının da daxil olduğu triptixini tamamlayır.

Dante Aligyerinin (1265-1321) “İlahi komediya” əsərindən ilhamlanan Vudi Allen təqribən 10 il əvvəl bu əsəri Los-Anceles Opera Teatrında səhnələşdirib. Rejissor tamaşanı bütünlüklə İtaliya səhnəsinə uyğunlaşdırıb. Rejissor XIII əsrdə baş verən hadisələri ötən əsrə keçirərək neorealist filmlər üslubunda varlı adamın əhvalatını təqdim edib. O, ölüm yatağında bütün var-dövlətini monastıra bağışlayaraq yoxsul qohumlarını əməlli başlı qəzəbləndirir. Allen italyan tamaşaçılar üçün əsərin finalını da bir qədər dəyişib. Bu da onun özünəməxsus yumor hissini və filmləri üçün səciyyəvi olan istehzanı son dərəcə gözəl əks etdirir.

Allen deyib: “Əgər kimsə mənə “La Skala”da rejissor kimi çalışacağımı desəydi, bunu sərsəm və tamamilə qeyri-real ideya adlandırardım”. O, “La Skala”da teatrın istedadlı tələbələri ilə işləyib. Yeri gəlmişkən, teatr səhnələri Allen üçün yenilik deyil. O, öz karyerasına dramaturq kimi başlayıb, pyesləri Brodveydə müvəffəqiyyətlə oynanılıb. Allen çox vaxt aktyor kimi də çıxış edib.

Təqribən 60 film, o cümlədən Oskar mükafatına layiq görülmüş “Enni Holl” (1977) filmini çəkmiş 83 yaşlı rejissor nail olduqları ilə kifayətlənmək niyyətində deyil. O bildirib ki, iki həftə sonra yeni filminin çəkilişləri başlayacaq. Rejissorun sonuncu filminin geniş ekranlara çıxması oktyabr ayına planlaşdırılıb./azertag.az/

# 2134 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news