İntiharını dostları ilə müzakirə edən gənc yazar

İntiharını dostları ilə müzakirə edən gənc yazar
calendar 15 avqust 2019
clock 15:40

Bu gün mərhum yazar Mövlud Mövludun doğum günüdür. Yaşasaydı 30 yaşı olacaqdı. Kulis.az Mövlud Mövlud haqda maraqlı faktları təqdim edir.

Uşaq vaxtı mədrəsədə oxuyub, sonra atıb oranı. Bu haqda “Çətirsiz” adlı yazısı da var. İçkiyə başlayandan sonra mömin dostları ilə əlaqələri kəsilib.

***

İlk dəfə “Pərvanə” ədəbi birliyinə anası ilə gəlib. 13 yaşından ədəbi mühitdə olub. Özündən yaşca böyük yazıçılarla oturub-durub, dostluq edib: Səfər Alışarlı, Həmid Herisçi, Murad Köhnəqala, Fəri Uğurlu...

Image result for mövlud mövlud

***

Fenomenal yaddaşı vardı. Bir dəfə deyilən şeir, ya cümlə o dəqiqə beyninə həkk olunurdu. Yaddaşı haqqında dostlardan biri belə demişdi: “Mövludun yaddaşı Google kimidir”.

***

Çoxları bilmir ki, tanınmış müğənni, əməkdar artist Xumar Qədimova Mövludun xalası olub. Lakin onların arası elə də yaxşı deyildi.

Image result for mövlud mövlud

***

Uşaq vaxtı yaşadığı travmaya görə onda azca kəkələmə vardı. Çox həssas olduğundan tez-tez əlləri əsir, durduğu yerdə ağlayırdı. Qadınlarla da arası məhz bu səbəbdən yaxşı olmurdu. Onun qadınlara sevgisi anlaşılmaz idi. Onları ideallaşdırır, qarşılığını görməyəndə sarsılırdı.

***

Qəribə dost çevrəsi vardı. İstər siyasi, istər ədəbi mühitdə. Onu hamı tanıyırdı. Adamlarla çox tez isinişirdi, bir günün içində həmin şəxslə dostlaşırdı. Dostlardan biri demişdi ki, Mövlud bütün oxucularıyla tək-tək yeyib-içib.

Image result for mövlud mövlud

***

Uzun müddət Qazaxda nənəsinin yanında qalıb, orda məktəbə gedib. Nənəsinə çox bağlı idi. Ata-anasının yola getməməsi, tez-tez savaşması, sonradan ayrılmaları ona çox pis təsir eləmişdi. Bu uşaqlıq travmaları onun yazılarından qırmızı xətt kimi keçir.

***

Yazıları maraqla oxunurdu. “Bacım bakirə olmasın” yazısı əməlli-başlı skandal yaratmışdı. Onu hədələyənlər, söyənlər vardı. Ancaq Mövlud heç vaxt gündəm arxasınca qaçmamışdı.

Image result for mövlud mövlud

***

Həmişə bir roman yazdığını deyir və əlavə edirdi: “Birinci cümləsi hazırdı”. O roman isə heç vaxt üzə çıxmadı.

***

Sağlığında kitabı çap olunmadı. Ölümündən sonra dostları yazılarını toplayıb “Çətirsiz” adı ilə çap etdi.

Image result for mövlud mövlud

***

Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinə qəbul olunmuşdu, içki üstündə oradan xaric edildi. Sonradan Slavyan Universitetinə qəbul oldu, lakin oranı da bitirə bilmədi.

***

İntihar etməsi ilə bağlı işartılar yazılarında adda-budda görünürdü. Hətta dostlarına da bir neçə dəfə intihar edəcəyini demişdi. O, hər dəfə zarafata salıb intiharla bağlı söhbətlər açır, müxtəlif variantları müzakirə edirdi: özünü asmaq, tapança ilə qafaya sıxmaq, elektrik naqilindən tutmaq, zəhər içmək və s. Ancaq heç vaxt binadan atılmaq barədə danışmırdı. Sanki bunu sirr kimi saxlayırdı. Axırda da elə oldu.

# 4983 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news