İtaliya-Azərbaycan dostluğuna aid tədbir keçirilib

İtaliya-Azərbaycan dostluğuna aid tədbir keçirilib
calendar 28 sentyabr 2017
clock 14:26

“Azərkitab” Kitab Təbliğatı Mərkəzində” İtaliya-Azərbaycan əlaqələrinin 25 illiyi, iqtisadi əlaqələrin 20 illiyi və Neapol-Bakı şəhərlərinin qardaşlaşmasının 45 illiyinə həsr olunan tədbir keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, “Azərkitab” və Neapol-Bakı Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə İtaliyanın Azərbaycandakı səfirinin 1-ci müavini cənab Umberto Boeri, Neapol- Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kaniqliya, BMT-nin qaçqınlar üzrə ali komissarlığının Azərbaycan nümayəndəliyinin rəhbəri Furio De Angelis, İtaliyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin nümayəndələri, İtaliya ilə sıx təmasda olan yerli iş adamları iştirak ediblər.

Neapol-Bakı Assosiasiyasının həmsədri Elnur Camalxanov İtaliyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu münasibətlərin daha da gücləndiyini vurğulayıb. Bildirib ki, ümummilli liderin 1997-ci il 24-27 sentyabr tarixlərində İtaliyaya ilk rəsmi səfəriylə əsaslı iqtisadi əlaqələrin təməli qoyulub.

Daha sonra italyan dilində nümayiş etdirilən Müstəqilliyimizə həsr olunan sənədli filmdə Heydər Əliyev - müasir Azərbaycanın qurucusu və memarı kimi təqdim olunub.

Tədbirdə Neapol-Bakı qardaşlığına aid, eləcə də “Qafqazdan Apenninə” sənədli filmləri göstərilib.

Tədbirdə çıxış edən İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin birinci müavini cənab Umberto Boeri İtaliya-Azərbaycan münasibətlərinin artıq strateji tərəfdaşlıq həddinə çatdığını bildirdi.

Diplomat Neapol-Bakı Assosiasiyasının ölkələrimiz arasında dostluq və işgüzar əlaqələrin genişləndirməsində gördüyü işləri təqdirəlayiq hesab edir.

Sonda Neapol-Bakı Assosiasiyasının həmsədri Elnur Camalxanov İtaliyanın Azərbaycandakı səfiri Aqusto Massari və Xətai Rayonun icra hakimiyyətinin başçısı Razi Məmmədova çatdırmaq üçün hər iki təşkilatın nümayəndələrinə, eləcə də “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənova Assosiasiyanın xüsusi medallarını təqdim edib.

# 1133 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news