Həmyerlimiz Nəvai şəhərinin fəxri vətəndaşı seçilib

Həmyerlimiz Nəvai şəhərinin fəxri vətəndaşı seçilib
calendar 7 fevral 2018
clock 09:53

Böyük özbək şairi Əlişir Nəvainin həyat və yaradıcılığı ilə əlaqədar Özbəkistanın Nəvai şəhərində keçirilən “Əlişir Nəvai irsi və ümumbəşəri mənəvi dəyərlər” mövzusunda beynəlxalq konfransda Bakı Dövlət Universitetinin professoru Ramiz Əsgərə Nəvai şəhərinin fəxri vətəndaşı adı verilib.

Ramiz Əsgər bu ada Azərbaycan-özbək ədəbiyyatı sahəsində mühüm töhfələrinə görə layiq görülüb.

Professora diplom və döş nişanını Nəvai vilayətinin hakimi Habilcan Tursunov təqdim edib.

Xatırladaq ki, Ramiz Əsgər “XX əsr özbək şeiri antologiyası”, Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərlər” və “Baburnamə”, Sultan Hüseyn Bayqaranın “Divan”, Yusif Balasaqunlunun “Qutadqu bilik” və digər kitabları Azərbaycan dilinə tərcümə edib və özbək ədəbiyyatı ilə əlaqədar 100-dək məqalənin müəllifidir. /azertag.az/

# 1345 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news