Kitablarımız Türkiyədə 2 milyon oxucuya çatdırılacaq

Kitablarımız Türkiyədə 2 milyon oxucuya çatdırılacaq
calendar 23 iyul 2018
clock 17:59

Türkiyənin 400 min tirajla çap olunan “Sabah” qəzeti iyul ayının kitab əlavəsində “Azərbaycan kitablarının Türkiyədə yüksəlişi” adlı məlumat dərc edib.

Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazirlik və Türkiyədə fəaliyyət göstərən “Zəngin Yayınçılıq” şirkətinin birgə əməkdaşlığı ilə “Azərbaycan kitabının dünyada tanıdılması” layihəsi çərçivəsində şirkət tərəfindən 20 ay ərzində 13 ədəbi əsər və 20 nağıl kitabı türk dilinə tərcümə olunaraq 200 000-ə yaxın oxucuya çatdırılıb.

Eyni zamanda, məlumatda bildirilir ki, layihənin Türkiyə Respublikasında icrasına məsul olan şirkətin əsas məqsədi Azərbaycan yazarlarını və onların yaratdığı ədəbi-bədii əsərləri Türkiyədə tanıtmaqla iki ölkə xalqının tarixi və mədəni əlaqələrini ədəbiyyat sahəsində daha da möhkəmləndirməkdən ibarətdir. Bunun üçün əsas hədəf 5 il ərzində Azərbaycan ədəbiyyatını 2 milyon oxucuya çatdırmaqdır.

Böyük sayda kitabsevərlər tərəfindən izlənilən “Sabah” qəzetinin kitab əlavəsi oxuculara kitab seçimində köməklik göstərilməsi və çap olunan yeni nəşrlər barədə məlumat verilməsi məqsədilə ayda bir dəfə çap olunur.

# 1039 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news