Həmyerlimizin kitabı Yaponiyada 1108 dollara satılır

Həmyerlimizin kitabı Yaponiyada 1108 dollara satılır
calendar 28 mart 2019
clock 14:07

Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış alim, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntərin müəllifi olduğu universitetlər üçün dərsliyin “Amazon” şəbəkəsində satış qiyməti 1108 dollar 93 sentə çatıb.

X.Kələntərin yapon dilində nəşr olunmuş “İşıqdiod işıqlandırması texnologiyası” adlı kitabı müasir elektronika sahəsində xüsusi yer tutan mayekristal displeylərin hazırlanması texnologiyasına həsr edilib. 2010-cu ildə nəşr edilən dərslik Yaponiyada həmin texnologiyaların öyrənilməsi üçün mühüm vəsait hesab olunur.

Müəllifi olduğu dərsliyin belə uğur qazanması barədə fikirlərini Azərtac-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşən həmyerlimiz deyib: “Mayekristal displeylər hazırda mobil telefonlarda, televizorlarda, avtomobil naviqasiya sistemlərində, fotoçərçivələrdə, netbuklarda, noutbuklarda, stolüstü monitorlarda, lövhələrdə və nazik televizorlarda geniş istifadə edilir.

Mayekristal displeylər üçün əlavələrin yayılması nəticəsində ikiölçülü təsvirlər inkişaf etdirilərək üçölçülü təsvirlərlə əvəz olunub və bunda işıqlandırmanın rolu artıb. Düşünürəm ki, bundan sonra yeni konsepsiya əsas kimi götürüləcək. Bununla yanaşı, funksionallığın, məhsuldarlığın və səmərəliliyin artırılması üçün komponentlər hazırlanmalı, cari vəziyyət təhlil edilərək ümumiləşdirilmələr aparılmalıdır. Bu, yeni komponentin hazırlanmasını planlaşdırmağa yardım edəcək.

Buna görə də deyə bilərəm ki, həmin layihə işıqlandırma sahəsində yeni texnologiyaların və onun optik komponentlərinin inteqrasiyasına yönəlib. Həmin təcrübənin nəzərə alındığı kitab mayekristal displeylər üçün işıqdiod işıqlandırması texnologiyalarına həsr edilib.

Eyni zamanda, bu kitab yalnız işıqdiod işıqlandırma sahəsində qurğuları tədqiq edən və yaradan insanlar üçün deyil, həmçinin mayekristal displeylərin hazırlanması ilə məşğul olanlar üçün nəzərdə tutulub”.

# 1870 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news