Çernobıl əlili seriala baxandan sonra intihar edib

Çernobıl əlili seriala baxandan sonra intihar edib
calendar 17 iyul 2019
clock 16:04

Qazaxıstanın Aktoba şəhərindən olan Çernobıl əlili, qəzanın aradan qaldırılmasında iştirak etmiş Naqaşibay Jusupov intihar edib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, özünəqəsddən bir müddət əvvəl o, “Çernobıl” serialını izləyib. Qızının söylədiyinə görə, kişi serialı göz yaşları içində izləyib və serial onda ağır xatirələr oyadıb.

Jusupov likvidator kimi çağırılan ilk ehtiyatda olan əsgərlərdən olub. O, Çernobıl AES-də yanan reaktorun yanında, dördüncü blokda işləyib.

Jusupov uzun illərini dövlətdən ev almaq üçün çalışmağa sərf edib. 1997-ci ildən o həyat yoldaşı və uşaqları ilə birlikdə yataqxanada, ev növbəsində gözləyərək 10 il yaşayıb. Məlum olanda ki onu siyahıdan siliblər, o siyahıya bərpa olunmaq üçün məhkəməyə müraciət edibmiş. Və son illəri bununla əlaqədar gərginli artıbmış. Mərhum ciddi baş ağrılarından əziyyət çəkirmiş. Hər şey üst-üstə gəlincə Jusupov intiharı seçib.

Xatırladaq ki, “Çernobıl” serialı ABŞ və Böyük Britaniyanın birgə istehsalıdır.Serialın nümayişi mayın əvvəlində HBO kanalında baş tutub. “Rus kommunistləri” və keçmiş AES rəhbərliyindən olanlar serialı faxtlrı təhrif etməkdə, situasiyanı şişirtməkdə ittiham edir.

Çernobıl AES-də baş verən qəza tarixdə ən böyük texnoloji fəlakətlərdən biri sayılır. 1986-cı ilin aprelində stansiyanın enerji blokunda partlayış baş verib və bunun nəticəsində kənara radioaktiv tullantılar yayılıb. Belorusiyanın, Ukrayna və Rusiyanın təxminən 8,4 milyon nəfər sakini radioktiv şüalanmaya məruiz qalıb. AES ətrafında ərazilər boşaldıılıb. İki şəhər Ukrayna və Pripyat o cümlədən 74 şəhərdən insanlar evakuasiya edilib.

# 2327 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news