Bakıda vokalçıların müsabiqəsi keçiriləcək

Bakıda vokalçıların müsabiqəsi keçiriləcək
calendar 31 may 2018
clock 16:50

Bakıda Azərbaycan professional vokal məktəbinin banisi, xalq artisti Bülbülün adına Vokalçıların VII Beynəlxalq müsabiqəsi keçiriləcək. Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müsabiqə iyunun 4-dən 7-dək keçiriləcək.

Müsabiqə iştirakçılarını münsiflər heyətinin sədri, Rusiyanın xalq artisti, professor Sergey Leyferkus, xalq artisti Fərhad Bədəlbəyli, Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, Ukraynadan xalq artisti Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray kimi musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.

Müsabiqənin seçim turları 4-7 iyun tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. 4-6 iyun tarixində müsabiqənin I və II turları, 7 iyun tarixində isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə III tur keçiriləcək.

Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19.00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19.00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

# 1264 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news