Kamal Abdulla təəssüratlarını bölüşdü: “Çox xoşbəxtəm”

Kamal Abdulla təəssüratlarını bölüşdü: “Çox xoşbəxtəm”
calendar 28 may 2019
clock 10:18

“Çox həyəcanlandım. Gözlənilməz oldu”.

Bu sözləri bir neçə gün əvvəl Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Xalq yazıçısı" fəxri adına layiq görülən professor, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla deyib.

Xalq yazıçısı təəssüratlarını “Sputnik Azərbaycan”la bölüşüb:

“Mən cənab prezidentə təşəkkürümü bildirirəm. Bu o deməkdir ki, cənab prezident hər bir vətəndaşının ürəyində olan hisslərdən xəbərdardır. O hisslərin səmimiliyindən, insanın çalışma, işləmə arzusundan, çalışmalarını həyata keçirmə qabiliyyətindən xəbərdardır. Mən dövlət müşaviri işlədiyim zaman dövlət başçımızın tövsiyyələrindən çox şey öyrənmişəm. Və bu gün də onun tövsiyyələrini həyata keçirməklə məşğulam. Dillər Universitetində, başqa qurumlarda Azərbaycan multikulturalizminin təbliği işi ilə məşğulam. Mənə elə gəlir ki, bu ad mənə çox səxavətlə verilmiş şərəfli bir addır. Çalışacağam ki, bunu bütün məsuliyyətimlə daşıya bilim.

Qeyd edim ki, ölkə başçısının fəaliyyəti, qurumları, şəxsləri təltif etməsi, diqqət yetirməsi ürək oxşayan haldır. Ölkə başçısı Azərbaycan üçün fədakarcasına çəkdiyi zəhmətin müqabilində mənim və mənim yoldaşlarımın yaradıcılığına diqqət yetiribsə, buna görə ancaq təşəkkür və minnətdarlıq hisslərimi bildirə bilərəm. Çox həyəcanlandım. Gözlənilməz oldu.

Azərbaycan ədəbiyyatının inkişafı naminə görülən işlərdə mənim də kiçik bir xidmətim varsa, mən özümü xoşbəxt sayıram. Çox xoşbəxtəm ki, mənim bu xidmətimi cənab prezident də dəyərləndirdi”.

# 2194 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news