Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"

Azərbaycanlı ilahiyyatçı: "Quranda baş örtüyü yoxdur"
calendar 16 noyabr 2019
clock 11:32

Şərqşünas alim Nəriman Qasımoğlu “Qurani-Kərim”də qeyd olunan hicab anlayışının baş örtüyü mənasını daşımadığını bildirib.

Kulis.az xəbər verir ki, ilahiyyatçı müsahibəsində müqəddəs kitabda 7 dəfə “hicab” sözündən istifadə olunduğunu bildirib. Lakin alimin fikrincə bu ifadə “baş örtüyü” mənasını kəsb etdmir:

“OXU-da (red. Qurani-Kərimdə”) 7 yerdə “hicab” sözü keçir, heç birinin “baş örtüyü” mənası yoxdur. “Hicab” sözü ərəb dilindən tərcümədə sadəcə “örtük”dür, “pərdə”dir. Məryəmlə öz qövmü arasında “hicab”, yəni “örtük” çəkilmişdi, Tanrı “hicab”, yəni “pərdə” arxasından insanlarla danışar və s. kimi ifadələr yer alır. Təsəvvür edin, OXU-da müqəddəslik qazanan “hicab” sözünü qadının baş örtüyü mənasına gətirib çıxarıblar. Hərçənd “hicab”ın baş örtüyü mənasında informativ yükü yoxdur.

Hicab deyildikdə nəyin nəzərdə tutulduğuna gəlincə isə Nəriman Qasımoğlu bildirib ki, bu suala ənənəvi müsəlmanlar cavab verməlidir:

“OXU-da qadınlara xitabən “cahiliyyə dövründə olduğu kimi açılıb-saçılmayın” deyilir. OXU sadəcə abırlı geyim tərzini təşviq edir. Həmin tərz toplumun mədəniyyətinə, yaşadığı dövrə, adətlərə görə müəyyənləşir. Bizə görə abırlılıq bir şey, ingilisə, yaxud Afrikalıya görə tamam fərqli bir şey ola bilər”.

# 6210 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news