Qəbələdə keçirilən yumor və musiqi festivalı başa çatıb

Qəbələdə keçirilən yumor və musiqi festivalı başa çatıb
calendar 11 yanvar 2018
clock 09:46

Qəbələdə XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, yanvarın 10-da festivalın bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib.

Belarusdan olan tanınmış müğənni Diana Arbeninanın iştirakı ilə “Gecə Snayperləri” musiqi qrupunun konserti böyük tamaşaçı marağına səbəb olub. İfaçı yeni albomundan mahnılar və ən yaxşı "snayper" hitlərini təqdim edib.

Qeyd edək ki, yanvarın 5-dən 10-dək davam edən Qəbələ XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalın iştirakçıları gündüz saatlarında idman və əyləncəli proqramlar, intellektual oyunlar, axşamlar isə konsertlər, məzəli-əyləncəli proqramlarda iştirak ediblər. Ötən bir həftə ərzində festivalın musiqili qonaqları arasında Vaxtanq Kikabidze, Vladimir Zelenski, Nataliya Moqilevskaya, Diana Arbenina, Nutse Buzaladze, “Kvartal 95” yumor qrupu, “Mqzavrebi” və “Gecə Snayperləri” musiqi qrupları olub. Bundan əlavə, festival müddətində əcnəbi turistlər üçün idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər tədbirlər keçirilib. Turistlər Qəbələnin tarixi məkanları, görməli yerləri ilə tanış olmaq imkanı da əldə ediblər.

Gilan Hospitality Group” MMC və Ukraynanın CİTA turizm şirkətinin birgə təşkilatçılığı ilə keçirilən XII Beynəlxalq “Veselo” Yumor və Musiqi Festivalı ötən bir həftə ərzində istirahət etmək üçün MDB və Avropa ölkələrindən Qəbələyə gələn yüzlərlə turist və yerli qonaqlar üçün əsl musiqi və yumor bayramına çevrilməklə yanaşı həm də dünyanın diqqətini yenidən Azərbaycana yönəldib. Ölkəmizin mədəni həyatında və turizm sektorunda önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qalıb.

Qeyd edək ki, APA Holdinq beynəlxalq festivala informasiya dəstəyi verib.

# 1034 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news