III DokuBaku Beynəlxalq Sənəndli Film Festivalı çərçivəsində Azərbaycanın bir çox bölgələrində film nümayişləri keçiriləcək.
Kulis.az-ın verdiyi xəbərə görə, Tamaşaçıların sənədli kinoya marağın artırılması cəhətdən əhəmiyyətli olan baxışlar Lənkəran və Astara şəhərində keçiriləcək.
Gürcüstan rejissoru Levan Koquaşvilinin çəkdiyi “Qogitanın yeni həyatı”filmi 27 sentyabrda, Lənkəran rayonunun Tor İncəsənət Məkanında, Rina Castelnuovo və Tamir Elterman tərəfindən çəkilən “Muhi- ümumiyyətlə müvəqqəti” filmi isə 28 Sentyabrda Astarada “Astara bookhouse & cafe” də isə nümayiş olunacaq. Sonuncu nümayişdən sonra “Mahalla” qrupunun çıxışı olacaq.
- Məşhur reper sui-qəsddə ittiham olunur
- "Vəhşi robot"un rejissoru: "Növbəti film üzərində işləyirəm"
- Psixatriya xəstəxanasına aparan yeraltı yol - Onun arvadını niyə oğurlamışdılar?
Xatırladaq ki, bölgələrdə olan bu tədbir proqramları DokuBaku BSFF, CineDOC-Tbilisi BSFF və Tor incəsənət məkanının birgə əməkdaşlığı ilə keçirilir.Baxışlara giriş sərbəstdir.