80 yaşlı məşhur jurnalist: “Qızlar hələ də mənə baxır”

80 yaşlı məşhur jurnalist: “Qızlar hələ də mənə baxır”
calendar 28 noyabr 2013
clock 13:53

Vladimir Pozner rus jurnalist, teleaparıcı. 1934-cü ildə Parisdə anadan olub. Rusiya Televiziya Akademiyasının preizdentidir. Kulis.Az aif.ru saytının jurnalistlə müsahibəsini təqdim edir.

- Bu yaxında mən ”Kommersant”ın yaradıcısı Vladimir Yakovlevlə müsahibə hazırladım. O düşünür ki, 50 yaş - xoşbəxtlik yaşıdır. 80 yaşınız olacaq, bəs siz necə düşünürsüz?

- Kimin üçünsə bu yaş fiziki inciklik və həyata olan marağın itdiyi dövrdür. Mən hələ ki, göz dəyməsin, bu yaşımda çox xoşbəxtəm. Bu mənada ki, var gücümlə işləyirəm. Vaxtaşırı qızlar hələ də mən tərəfə baxırlar. Gördüyüm işdən həzz alıram.

Yüz metri təbii ki, əvvəl qaçdığım sürətlə qaçmıram. Amma qaçıram. Həftədə üç dəfə tennis oynayıram. Fiziki sağlamlığım yerindədi, elə əqli sağlamlığım da pis deyil. Mənim möhtəşəm övladlarım, nəvələrim var, mən onlarla nəfəs alıram.

Yıxılıb bir də durmayanda yaxınlarımın maddi sıxıntıları olmasın deyə mən vaxtında kifayət qədər qazanmışam. Bu özü də mənə mənəvi rahatlıq verir - kimdənsə asılı olmamaq duyğusu. Təbii ki, mən istəyərdim mənim yaşım 80 yox, məsələn 35 olsun. Amma indiki ağıl və təcrübəmlə.

Təbii ki, mənim yaşımda ölüm haqda düşünməmək mümkün deyil. Bu qaçılmazdır. Amma elə “80 yaş xoşbəxtlik yaşıdır” demək də “50 yaş xoşbəxtlik yaşıdır” demək kimi axmaqlıq olar.

- Sizə elə gəlmir ki, verilişinizə qatılan qonaqların sayı günü-gündən azalır? Ümumiyyətlə, görkəmli şəxsiyyətlər get-gedə azalmaqdadır?

- Bu suala verəcəyim istənilən cavab elə təəssürat yaradacaq ki, guya mən özümdən razıyam. Aydın məsələdir ki, müxtəlif dövrlər bir-birini əvəzləyir. Müxtəlif sahələrdə uğur qazanan şəxsiyyətlər olur, istər mədəniyyət, istər siyasət, istər ədəbiyyat. Təbii ki, tənəzzül də olur. Mən düşünürəm ki, biz hal-hazırda bu mərhələdəyik.

Təkcə Rusiyadan danışmıram, ümumiyyətlə. Və bu gün mən seçmilmiş, istedadlı insanları xatırlayanda görürəm ki, onlar hamısı kifayət qədər yaşlıdırlar. Qabriel Qarsia Markes? Son nəfəsini verir. Pol Makkarti? O da 70-i keçib.

Bəs bu günün istedadlıları hanı? Heç yerdə. Durğunluq dönəmindəyik. Əgər mən öz verilişimə yalnız istedadlı insanları çağırsaydım, onda mənim verilişim çox tez bağlanardı. Lakin mənim uzun bir siyahım var ki, burda həm mənim üçün, həm də izləyici üçün olduqca maraqlı, parlaq insanlar var. Məsələn Daxili İşlər naziri, Səhiyyə naziri, Sosial Təminat naziri və sair.

Mən böyük məmnuniyyətlə İranın hazırkı prezidentindən və ya İsrailin baş nazirindən müsahibə alardım.

Mən böyük maraqla Eduard Snoudenlə söhbətləşərdim. Məşhur şəxs olmasa da, hərçənd hansısa sahədə şübhəsiz onu görkəmli şəxs adlandırmaq olar. O adi amerikalı oğlan idi, idealist və öz Amerikasına inanan. Ona Mərkəzi Kəşfiyyat İdarəsində işləməyi təklif edəndə o təbii ki, razılaşdı. Lakin sonradan başa düşəndə ki, bütün bunlar onun düşündükləri ilə üst-üstə düşmür, dözə bilmədi.

O çox gözəl başa düşdü ki, edəcəyi hərəkətlə öz Amerikasını həmişəlik itirəcək, amma o bunu etdi. Dərindən düşünəndə görürsən ki, bu asan iş deyil. Mən düşünürəm ki, gec-tez onlar bu cavanı ələ keçirəcəklər. Burda olmasa da hardasa başqa bir yerdə. Onu bu etdiyinə görə bağışlamayacaqlar. Mən ondan qəhrəman düzəltmirəm. Lakin mənə aydındır ki, onun etdiyi hərəkət çox kişiyana və qeyri-adi bir hərəkət oldu.

# 3104 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news