Azərbaycan ədəbiyyatı Şimali Avropa xalqlarının dillərində

Azərbaycan ədəbiyyatı Şimali Avropa xalqlarının dillərində
calendar 28 aprel 2015
clock 15:38

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin əməkdaşları XXII Budapeşt Kitab Sərgisi çərçivəsində Şimali Avropa Ölkələrinin Ədəbiyyat Təbliği Mərkəzinin (Nordic Literature Promotion and Publising House) nümayəndələri ilə görüş keçirib. Kulisin məlumatına görə adıçəkilən qurum Danimarka, İslandiya, Finlandiya, Norveç və İsveç ədəbiyyatının dünya dillərinə, eləcə də dünya ədəbiyyatı nümunələrinin bu ölkələrin dillərinə çevrilərək yayımlanması üzrə fəaliyyət göstərir.

Görüşdə Mərkəzin tərtib etdiyi “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın bu dillərə tərcüməsi və adıçəkilən ölkələrdə nəşri məsələləri müzakirə edilib. Tədbirdə təşkilatın nəşriyyat məsələləri üzrə rəhbəri, cənab Balasiz Bıtfan qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb: “Təmsil etdiyimiz qurum Şərq və Azərbaycan ədəbiyyatı nümunələrinin bu xalqların dilinə tərcümə olunmasında maraqlıdır. Ölkənizdə bu sahəylə məşğul olan Tərcümə Mərkəzi kimi dövlət qurumunun mövcudluğu təqdiredici haldır. İstərdik ki, Mərkəzlə əməkdaşlığımız daimi olsun, qarşılıqlı təşkilatlar öz ədəbiyyatının tərcümə və nəşr prosesində əlaqələndirici, həm də idarədici qurum rolunu oynasın”.

Görüş zamanı İsveç yazıçısı, “StorySide” nəşr şirkətinin rəhbəri Kamilla Qrebe də öz fikirlərini bölüşüb: “Mən bu sərgidə ölkəmi yazar qismində təmsil edirəm. Düşünürəm ki, ölkələrimizin ədəbiyyatlarının qarşılıqlı tərcüməsi və tanıdılması xalqlarımız və ölkələrimiz arasında əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Mərkəzlə sıx əlaqələrin qurulmasını, bu istiqamətdə atılan vacib addım hesab edirəm”.

# 1134 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news