Facebookda olmayan məşhurlar – SİYAHI

Facebookda olmayan məşhurlar – <span style="color:red;">SİYAHI
calendar 22 avqust 2016
clock 08:30

Bu məşhurlar nə Facebook, nə Twitter istifadəçisi deyillər. Sosial şəbəkə istifadəçilərini də başa düşmürlər. Sosial mediadan uzaqlaşan bu məşhurlar kimlərdir? Kulis.Az həmin məşhurların siyahısını təqdim edir.

Culiya Roberts

Julia Roberts

Sosial media bir tərəfə, məşhur aktrisa hətta telefonlara belə nifrət edir.

Conni Depp

Johnny Depp

"Hər axtarılanda əlçatan olmaq heç də yaxşı deyil"

Bred Pitt

Heç vaxt nə Facebookda, nə Twitterdə olmayıb.

Ancelina Coli

Həyat yoldaşı Bred Pitt kimi sosial mediadan həmişə uzaqdır.

Keira Knigtley

Keira Knightley

“Sosial media mənə məktəb həyətini xatırlatdı. Populyar deyilsizsə oynaya bilməzsiniz...” – deyən məşhur aktrisa Twitter hesabı açdıqdan 12 saat sonra hesabını bağlayıb.

Sandra Bullock

Sandra Bullock

“Həyatımızı real, gərçək yaşamırıq. Bu mənə çox süni gəlir. Daha sonra əsla və əsla silə bilməyəcəyim selfie niyə çəkim ki? Bu tip şeylər mənlik deyil”. – amerikan aktrisa sosial medianın üstündən qalın bir xətt çəkib.

Corc Kluni

George Clooney

Sosial şəbəkələrə və ağıllı telefonlara nifrət edir.

Ceniffer Lavrence

Jennifer Lawrence

“Heç Twitter hesabım olmadı. Telefon və texnologiya ilə aram o qədər də yaxşı deyil. Elektron poçtumu belə doğru-dürüst izləyə bilmirəm, Twitter-i isə əsla izləyə bilmərəm”. – deyə açıqlama verən amerikan aktrisa heç vaxt sosial şəbəkə istifadəçisi olmayıb.

Cak Glinhaal

Jake Gyllenhaal

Amerikan aktyorun sosial şəbəkələr haqda fikri belədir: “Məncə, həqiqətən də deyəcək bir sözünüz olanda istifadə etməlisən. Bu tip şeyləri vecimə almıram, amma eyni zamanda da qorxulu hesab edirəm”.

Rachel McAdams

Rachel McAdams

Bu da kanadalı aktrisanın sosial media barədə açıqlaması: “Xəbərləri radiodan dinləyirəm. Televizorum belə yoxdu. Eyni zamanda email poçtumu izləyən biri də deyiləm”.

Emil Blunt

Emily Blunt

İngilis aktrisası belə deyir: “Bu tip şeylər mənə təbii gəlmir. Poçtuma gələn hər hansı məktuba da cavab yazdığımı xatırlamıram”.

# 1263 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news