APA TV-nin əməkdaşı ilin ədəbiyyat mükafatını aldı

<b>APA TV-nin əməkdaşı ilin ədəbiyyat mükafatını aldı</b>
calendar 2 fevral 2018
clock 23:28

Bu gün "Buta Palace"da 2 Fevral - Gənclər günü münasibətilə tədbir keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Birinci vitse-prezidentin köməkçisi, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Gənclər və idman naziri Azad Rəhimov və digər dövlət, hökumət nümayəndələri iştirak edib.

Tədbirdə Gənclər və İdman Nazirliyi təhsil, elm və mədəniyyət sahələrində fəallığı ilə seçilən gəncləri mükafatlandırıb.

6 nəfər Prezident, 22 nəfər isə "Gənclər mükafatı"na layiq gorülüb.

Ədəbiyyat üzrə mükafat alanlar arasında tanınmış şair, APA TV-nin əməkdaşı Şəhriyar del Gerani də var. O, 2017-ci ildəki uğurlarına görə bu mükafata layiq görülüb.

Ədəbiyyat üzrə daha bir mükafat gənc yazar, “525-ci qəzet”in əməkdaşı Şahanə Müşfiqə verilib.

Qalibləri təbrik edirik!

# 1275 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news