Naxçıvan Dövlət Universiteti tələbələrinə kitab sovqatı...

Naxçıvan Dövlət Universiteti tələbələrinə kitab sovqatı...
calendar 29 iyun 2019
clock 14:22

Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr edilmiş, Naxçıvan xanlığının tarixindən bəhs edən “Ehsan xan Kəngərli” tamaşasının premyerasında iştirak etmək üçün, tarixi əsərin müəllifi Xaqani Əliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Zülfiyyə Eldarqızı və əməkdar artist Sərvər Əliyev Naxçıvanda olmuşdular.

Kulis.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin incəsənət fakultəsində təhsil alan tələbələrlə görüşləri zamanı onlar, tələbələr üçün zəruri olan əlavə dərs vəsaitləri göndərməyə söz vermişdilər.

Bu günlərdə Naxçıvan Mədəniyyət Nazirliyinin məsul işçisi, Universitetin müəllimi, xalq artisti Kamran Quliyevdən kitabları tələbələrə çatdırmağı xahiş edən ziyalılar, gənclərə məktub da ünvanlayıb.

Məktubda kitabın elm mənbəyi olmaqla yanaşı, insanın FƏRD kimi yox məhz ŞƏXS kimi yetişməsinə köməyindən söz açılıb: "Gəncliyimizin savadlı böyüməsi üçün valideynlərimiz, müəllimlərimiz, ziyalılarımız, ədiblərimiz, dövlət xadimlərimiz öz məsləhət və qayğılarını heç vaxt əsirgəmirlər. Dediyimizin bariz nümunəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “ Oxunması zəruri olan kitablar haqqında” imzaladığı Sərəncamı göstərə bilərik. Gənc nəslin ŞƏXSİYYƏT kimi yetişməsinə kömək edəcək bu Sərəncam, kitab oxumağa Valideyn çağırışıdır. Azərbaycan gəncində vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına yardım edəcək mükəmməl və müdrik Ağsaqqal məsləhətidir. Yalnız insana məxsus olan, heç vaxt köhnəlməyən daxili və zahiri hissləri öz vərəqlərində yaşadan kitablara verilən yüksək Ziyalı qiyməti və dəyərdir".

# 2428 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news