Müslim Maqomayev haqqında film bu mövsüm ekranlara çıxacaq

Müslim Maqomayev haqqında film bu mövsüm ekranlara çıxacaq
calendar 13 sentyabr 2019
clock 15:06

Rusiyanın “Birinci kanal”ı yeni mövsümdə görkəmli Azərbaycan müğənnisi və bəstəkarı Müslüm Maqomayevin həyatına həsr olunmuş filmi təqdim edəcək.

“Bakı bülbülü” adlanan, 8 seriyadan ibarət filmin ideya müəllifləri Aras və Emin Ağalarovlardur.

Emin Ağalarovun etiraf etdiyinə görə, o, atası ilə birlikdə layihənin maliyyələşdirilməsində iştirak etməklə onlar bu işin hər bir mərhələsini – yayımçı kanalın seçilməsindən və ssenarinin yazılmasından tutmuş, baş rol ifaçılarının kastinqi və prodüserliyədək məsələləri diqqətdə saxlayıb.

Filmin baş məsləhətçisi müğənninin həyat yoldaşı Tamara Sinyavskayadır. Sinyavskayanın obrazını 28 yaşlı aktrisa və model İrina Antonenko “canlandırır”. Maqomayevin obrazını isə serb aktyoru Miloş Bikoviç yaradıb.

Janr etibarilə film daha çox melodramaya yaxındır. Bikoviç qeyd edir ki, onlar “Maqomayevin anadan olmasından vəfatına qədər həyatı haqqında deyil, onun ömrünün müəyyən dövrü – təqribən 30 yaşında olduğu və Tamara Sinyavskaya ilə tanışlığı” barədə film çəkiblər. Brejnevin durğunluq illərində yaranan və alovlanan bu məhəbbət tarixçəsi də ekran əsərinin mərkəzi süjeti olacaq. /azertag.az/

# 2737 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news