Nyu-Yorkda Nəsiminin yubileyinə həsr olunmuş konsert olub

Nyu-Yorkda Nəsiminin yubileyinə həsr olunmuş konsert olub
calendar 5 oktyabr 2019
clock 13:14

Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə Nyu-York şəhərində görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil edilib.

Konsertdən əvvəl tanınmış pianoçu, Əməkdar artist, professor, beynəlxalq müsabiqələr laureatı, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova çıxış edərək tədbirin əhəmiyyəti, Nəsimi dühası haqqında və “Nəsimi ili” mövzusunda çıxış edib.

Konsert proqramı çərçivəsində “Amerika Muğam Cəmiyyəti”nin sədri Cefri Verbakın Azərbaycanın milli tar və kamança alətlərində muğam ifa etməsi böyük maraqla qarşılanıb.

Azərbaycanın istedadlı pianoçusu, respublika və beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənlinin solo ifasında Üzeyir Hacıbəylinin “Cəngi”, Firəngiz Əlizadənin “Sonata” və digər əsərlər səslənib.

Bəstəkar İlahə İsrafilovanın Amerikada premyerası baş tutan “The world of Nasimi” kompozisiyası dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Həmçinin tədbirdə amerikalı soprano Shenika John Jordan tərəfindən Nəsiminin qəzəlləri və onun qəzəllərinə yeni yazılmış romanslar və N.Əliyarovanın ifasında “Yeddi gözəl” baletindən parça, F. Sücəddinovun “Vətən” balladası və s. əsərlər səsləndirilib.

Qeyd edək ki, Nyu-Yorkda Azərbaycanın dahi şairi Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konsert proqramının keçirilməsi mədəniyyətimizin geniş arenada təbliği istiqamətində atılmış əlamətdar hadisələrdəndir. /azertag.az/

# 2125 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news