Bu ölkə bakirələrə maaş verəcək SENSASİYA

Bu ölkə bakirələrə maaş verəcək SENSASİYA
calendar 18 avqust 2015
clock 10:31

Afrika ölkəsi olan Svazilandda HİV virusunun qarşısını almaq üçün bakirə və gənc qızlara aylıq 200 Ruanda frankı (15 AZN) müavinət verilməsi nəzərdə tutulur. Kulis-in xarici mətbuata istinadən verdiyi məlumata görə bu müavinətləri Dünya Bankı maliyyələşdirəcək.

Bəziləri isə bu müavinət sisteminin arxasında Kralın seçəcəyi bakirələrin sayını artırmaq olduğunu düşünür.

Mətbuata danışan həkim Tahsayl Dlamini bu müavinətin fahişəliyin qarşısını alacağını bildirib.

Hər il Umhlanqa adlanan şənliklərdə ölkə bakirələrindən özünə arvad seçən və hal-hazırda 15 arvadı olan Svaziland kralı III Msvatinin yeni sistemi ölkədə bakirələrin sayını artırmaq və gələcək gəlinlərinin sağlamlığını təminat altına almaq üçün işə saldığı deyilir.

Bakirəlik müavinətini alacaq qadınların hansı müddətdən bir bəkarət testindən keçiriləcəyi isə açıqlanmır.

Svazilandlı qadınlar müavinətin fahişəliyin qarşısını ala bilməyəcəyini güman edirlər.

Svazilandda əhalinin üçdə biri gündəlik 75 qəpiklə dolanır.

1.4 milyon əhalisi olan Svazilandda 200 min HİV xəstəsi var.

İngiltərənin “Deyli Meyl” qəzetinə danışan 17 yaşlı Tandai Tfvala bir qadının cinsi əlaqə zamanı müavinət qədər, yəni 15 manat pul qazana bildiyini deyib: “Bu gedişlə kral gəlinləri Keyp Taunda seçər”.

# 1217 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news