“Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Tərcümə Mərkəzində

“Əxbar əl-Ədəb” qəzetinin baş redaktoru Tərcümə Mərkəzində
calendar 23 noyabr 2016
clock 14:46

Noyabrın 22-də Misirin məşhur “Əxbar əl-Ədəb” (“Ədəbiyyat xəbərləri”) qəzetinin baş redaktoru Tarıq ət-Tahir Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Görüşdə Mərkəzin direktoru Afaq Məsud qurumun fəaliyyəti barədə qonağa geniş məlumat verərək, Azərbaycanda ərəb ədəbiyyatına olan maraqdan, ölkədə fəaliyyət göstərən ərəb səfirlikləri ilə qurulmuş əlaqələrdən və layihələrdən söz açıb.

Direktor, həmçinin bir müddət əvvəl Mərkəz tərəfindən tərcümə və nəşr edilmiş məşhur Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuzun “Bildirçin və payız” kitabının Azərbaycan oxucusu tərəfindən maraqla qarşılandığından, Azərbaycan ədəbiyyatının dünyada, eləcə də ərəb ölkələrində tanıdılması istiqamətində həyata keçirilən layihələrdən danışıb: “Bu layihələrdən ən mühümü, əlbəttə ki, hazırda müxtəlif dillərdə dünyaya təqdim etməkdə olduğumuz “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”dır ki, kitab artıq rus, türk və ingilis dillərində işıq üzü görüb. Yaxın günlərdə nəşrin ərəb dilində Misirdə işıq üzü görəcəyi gözlənilir”.

Öz növbəsində, rəhbəri olduğu mətbu orqanın 25 illik fəaliyyətindən danışan cənab Tarıq ət-Tahir 20-dən çox ərəb ölkəsinə yayılan qəzetin əsas fəaliyyət istiqamətlərindən birinin – aparıcı dünya ədiblərinin ərəb dünyasına tanıtımı olduğunu bildirib. Azərbaycan ədəbiyyatının ərəb dünyasına təqdim edilməsi və tanıdılması istiqamətində Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirən naşir, həmçinin Mərkəzin saytını xüsusi maraqla izlədiyini və görülən işlərin ölkələr və xalqlararası ədəbi əlaqələrin təşkilində mühüm rol oynadığını bildirib.

Görüşün sonunda qonağa Mərkəzin ərəb dilində kataloqu və nəşrləri hədiyyə edilib.

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news