Bakıda 150-dək dövlətin mədəniyyət nümunələri təqdim edilib

Bakıda 150-dək dövlətin mədəniyyət nümunələri təqdim edilib
calendar 16 avqust 2017
clock 10:07

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransının ikinci gününün yekun tədbiri iştirakçı dövlətlərin mədəniyyətlərinin tanışlığına həsr edilib. Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, 150-dək dövlətin mədəniyyət nümunələrinin təqdim edildiyi gecədə əvvəlcə iştirakçı ölkələrin milli mətbəxini əks etdirən təamlar təqdim olunub.

Çoxsaylı iştirakçıların qatıldığı gecə əlamətdar anlarla yadda qalıb. Belə ki, iştirakçı ölkələrin milli rəqsləri, bir-birindən şən ifalar gecəyə xüsusi rəng qatıb.

İştirakçılar ölkələrinin mədəniyyət və tarixi müxtəliflikləri ilə bağlı məlumatları ziyarətçilərlə bölüşüblər. Xüsusi olaraq qeyd edilib ki, dünyanın hər yerindən bu mühüm tədbirə qatılan skautlar yer üzündə sülhün bərqərar olması naminə səylərini birləşdirəcəklər.

Mədəniyyətlərin tanışlığına həsr edilən gecə hər kəsə xoş ovqat bəxş edib.

# 1255 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news