Şəki teatrı "Vaqif ili"nə yekun vurub

Şəki teatrı "Vaqif ili"nə yekun vurub
calendar 25 dekabr 2017
clock 16:50

Şəki Dram Teatrı “Molla Pənah Vaqif ili”nə “Vaqif” tamaşasının nümayişi ilə yekun vurub.

Teatrdan kulis.az-a verilən xəbərə görə, tamaşasını izləməyə gələnlər arasında Şəki Şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar və şəhər sakinləri olub.

Əsərin müəllifləri Vaqif Aslan və Mərdan Feyzullayevdir. Tamaşaya mərhum rejissor Mərdan Feyzullayev quruluş verib. Rollarda əməkdar artiqs Əbülfət Salahov, İlyas Əsədov, Akif Yusifov, Xanlar Həşimzadə, Aydın Əlibalayev, İqrar Salamov, Rəhim Qocayev və başqaları səhnəyə çıxıb.

Xatırladaq ki, böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamı imzalanmış və icrası ilə əlaqədar geniş Tədbirlər Planı hazırlanmışdır. Həmçinin, M.P.Vaqifin adı YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilmiş, cari il TÜRKSOY təşkilatına üzv dövlətlərdə “Molla Pənah Vaqif İli” elan edilərək, çoxsaylı tədbirlər keçirilmişdir. Şəki Dövlət Teatrının “Vaqif” tamaşası bu tədbirlər sırasında hazırlanıb.

# 1423 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news