Məşhur Azərbaycan yazıçısının əsərləri ilk dəfə ana dilində

Məşhur Azərbaycan yazıçısının əsərləri ilk dəfə ana dilində
calendar 14 mart 2018
clock 15:44

Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində “TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq.

Əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.

“TEAS Press” Nəşriyyat Evi uzun müddətdir ki, ölkədən kənarda yaşayan məşhur azərbaycanlı yazıçının kitablarının Azərbaycan dilində nəşri missiyasını üzərinə götürməklə ədəbiyyatımıza böyük töhfə verəcəyini düşünür.

Elçin Səfərli əsərlərinin yaxınlarda Azərbaycan dilində çap olunacağından fəxr etdiyini bildirib: “Bu, mənim çoxdankı arzum idi. Digər sevindirici məsələ kitablarımın “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilməsidir. Bu peşəkar komanda ilə bu yaxınlarda tanış olmuşam və bundan çox məmnunam. Arzuma çatdım. Arzulara siz də inanın, sizə inanmayanlara qulaq asmayın və nə qədər çətin də olsa, öz yolunuzla getməkdə davam edin. Sizi daha da həvəsləndirən və arzularınızı reallaşdıra biləcək birinə mütləq rast gələcəksiniz. İyunun əvvəlində görüşənədək, sevimli oxucum!”

Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb, bu günə kimi xaricdə 15-dən çox kitabı böyük tirajla çap edilib. “Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.

# 1691 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news