Avrasiya Yazarlar Birliyinin baş direktoru Tərcümə Mərkəzində

Avrasiya Yazarlar Birliyinin baş direktoru Tərcümə Mərkəzində
calendar 18 sentyabr 2015
clock 11:55

Sentyabrın 17-də Avrasiya Yazarlar Birliyinin baş direktoru Dr. Yaqub Öməroğlu Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Kulisin məlumatına görə Dr. Yaqub Öməroğlu Mərkəzin direktoru afaq Məsudla görüşüb.

O, rəhbəri olduğu qurumun bədii tərcümə, ədəbiyyatlararası mübadilələr istiqamətində apardığı siyasətdən – türk ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği, həmçinin dünya ədəbiyyatının türk oxucusuna tanıdılması sahəsində görülən işlərdən danışıb.

“Biz Azərbaycan ədəbiyyatından da bir sıra əsərlərin türk dilində nəşrini həyata keçirmişik və istərdik türk oxucusunu müasir Azərbaycan ədəbiyyatının ən istedadlı şair və yazıçılarının əsərləri ilə tanış edək”.

Afaq Məsud öz növbəsində Mərkəzin bu sahədə ərsəyə gətirdiyi layihələrdən söz açaraq, Azərbaycan ədəbiyyatının dünya müstəvisinə çıxarılmasında əsaslı rol oynayan düzgün seçimin və təbliğin əhəmiyyətindən danışıb. “Bu vaxta qədər Azərbaycan ədəbiyyatının dünyaya çıxarılması, şəxsi əlaqələr, müəllifin öz hesabıyla nəşr edilən adda-budda kitablarla baş tuturdu. Bu səbəbdən uzun illərdir ki, dünya oxucusu milli ədəbiyyatımızın ən parlaq, sözün əsl mənasında, dünya ədəbi fikir müstəvisinə çıxarılası əsərlərlə tanışlıqdan məhrum olurdu. Bu gün isə mənzərə ayrı cürdür. Azərbaycanın hər sahədə tərəqqisi uğrunda böyük fədakarlıqlar göstərən ölkə başçısı cənab İlham Əliyevin Fərmanıyla yaradılmış bu Mərkəz, milli ədəbiyyatımızın dünyaya layiqli səviyyədə tanıdılması istiqamətində böyük işlər görür. Bu gün biz seçmə yazıçı və şairlərimizin əsərlərini dünya dillərinə tərcümə edib, beynəlxalq aləmin ən aparıcı aidiyyatlı qurumları ilə əlaqələr yaradırıq, bu əsərlərin xarici jurnallarda, nəşriyyat evlərində nəşrinə nail oluruq. Hazırladığımız ikicildli “Müasir Azərbaycan ədəbiyyatı antologiyası” artıq bir neçə ölkədə nəşrə hazırlanır. Bu antologiyanın qardaş Türkiyədə türk dilində nəşri də nəzərdə tutulur”.

# 2062 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news