“Azdrama”nın kollektivi Fatma Qədrinin məzarını ziyarət edib

“Azdrama”nın kollektivi Fatma Qədrinin məzarını ziyarət edib
calendar 14 aprel 2017
clock 15:20

Akademik Milli Dram Teatrının kollektivi və teatr xadimləri I Fəxri xiyabanda SSRİ xalq artisti Fatma Qədrinin məzarını ziyarət edib.

APA-nın məlumatına görə, anım mərasimində çıxış edən Akademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, xalq artist Azər Paşa Nemət Fatma Qədrinin Azərbaycan teatrının inkişafındakı xidmətlərindən danışıb, onu səhnəmizin korifey sənətkarlarından biri kimi qiymətləndirib: “Azərbaycan teatr sənətinin inkişafında, səhnəmizin ifadə imkanlarının genişlənməyində Fatma xanımın çox böyük xidmətləri olub. Fatma Qədri bizim ailənin yaxın dostu olub, mən Fatma xanımı həmişə hörmət və ehtiramla xatırlamışam. Fatma Qədri Akademik Milli Dram Teatrının səhnəsində hər zaman baş rollarda çıxış edib, onun yaratdığı obrazlar tamaşaçılar tərəfindən böyük məhəbbətlə qarşılanıb”.

Anım tədbirində xalq artistləri Rafiq Əzimov və Hacı İsmayılov Fatma Qədrinin həyat və yaradıcılığı haqqında məlumat verib, onun həyatındakı maraqlı hadisələri mərasim iştirakçıları ilə bölüşüblər.

Tədbir iştirakçıları daha sonra Fəxri xiyabanda dəfn olunan digər sənət xadimləri – Şövkət Məmmədova, Bəşir Səfəroğlu, Mustafa Mərdanov, Mirzağa Əliyev, Ələsgər Ələkbərov və digərlərinin məzarını ziyarət edib, abidələri üstünə gül dəstələri düzüblər.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, Azərbaycan teatr səhnəsinin ilk peşəkar aktrisalarından olan F.Qədri 1907-ci ilin aprelin 14-də Odessa şəhərində doğulub. 1932-1935-ci illərdə Bakı Rus Dram Teatrının aktrisası olub, 1935-ci ildən Azərbaycan Milli Dram Teatrında işləyib.

F.Qədri 1968-ci ildə 60 yaşında Bakıda vəfat edib.

# 1119 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news