Tehrandan Azərbaycan şairinin külliyyatının surəti əldə edilib

Tehrandan Azərbaycan şairinin külliyyatının surəti əldə edilib
calendar 2 fevral 2018
clock 17:58

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyyatının surətini əldə edib.

AMEA-dan APA-ya verilən məlumata görə, buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər və qəsidələr daxil edilib.

“294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd olunub. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olub. Məkkə və Mədinəni ziyarət edib, üç dəfə Hindistana gedib. Üçüncü Böyük Moğol imperatoru, əlli il hakimiyyətdə olmuş Cəlaləddin Məhəmməd Əkbər şaha (1556-1605) həsr etdiyi qəsidəyə görə yüksək məbləğdə - on min rupi mükafat, xalat və bir at alıb. Heydərinin surəti əldə edilən külliyyatında Əkbər şaha həsr edilmiş həmin qəsidə vardır. Şair XVI əsrin sonlarında vəfat edib”, - deyə məlumatda qeyd olunub.

# 1153 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news