AYB bu yazıçıları mükafatlandırdı – Siyahı

AYB bu yazıçıları mükafatlandırdı – Siyahı
calendar 1 may 2019
clock 15:35

“Azərbaycan Yazıçılar Birliyinin Katibliyi Prezident İlham Əliyevin təşkilatımıza ayırdığı məbləğdən bir sıra müəllifi mükafatlandırmağı qərara alıb. Yubileyləri bu il dövlət tərəfindən geniş qeyd olunan dörd klassikimizin – İmadəddin Nəsimi, Mirzə Cəlil Məmədquluzadə, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına – hərəsi 2000 (iki min) manat məbləğində 12 mükafat nəzərdə tutulur”.

Bu fikirlər AYB sədri Xalq yazıçısı Anarın adından yayılan açıqlamada yer alıb. Açıqlamada bildirilir ki, İmadəddin Nəsimi adına şeir mükafatlarına Musa Yaqub, Vaqif Bayatlı Odər və Firuzə Məmmədli layiq görülüblər.

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafaları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və Xalq şairi Sabir Rüstəmxanlı təltif edilib.

Cəfər Cabbarlı adına dramaturgiya mükafatlarına isə Firuz Mustafa, Vaqif Əlixanlı və Əjdər Ol layiq görülüb.

İsmayıl Şıxlı adına tənqid, ədəbiyyatşünaslıq və publisistika üzrə mükafatların laureatları professor Nizaməddin Şəmsizadə, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və tədqiqatçı Gülxani Pənahdır.

Gənc yazarlar üçün nəzərdə tutulan “Uğur” mükafatına isə, hər birinə 1000 (min) manat məbləğində olmaqla, beş nəfər - Ümüd Abbas Nihani (Abbaszadə Ümüd Namiq oğlu), Rəvan Cavid (Həsənəliyev Rəvan Vüqar oğlu), İntiqam Yaşar (Cavanşir İntiqam Yaşar oğlu), Sərdar Amin (Tağıyev Sərdar İmaməddin oğlu) və Əliəsgər Əhməd (Əhmədov Əliəsgər Tərlan oğlu) layiq görülüb./525.az/

# 2451 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news