“Nadir Qafarzadə psixopatları aktivləşdirir”

“Nadir Qafarzadə psixopatları aktivləşdirir”
calendar 26 avqust 2019
clock 13:05

Müğənni Nadir Qafarzadənin Türkiyədə baş verən və qadının ölümü ilə nəticələnən hadisə ilə bağlı mətbuata verdiyi açıqlama böyük rezonans doğurub. Sosial şəbəkələrdə, mətbuatda Nadirə qarşı kəskin reaksiyalar var. Onu təhqir edənlərə, hətta hədələyənlərə də rast gəlmək olur.

Mövzunun ciddiliyini nəzərə alaraq tanınmış psixoloq Murad İsayevlə əlaqə yaratdıq. M.İsayev Kulis.az-a açıqlamasında bunları bildirdi:

“Kim olduğunu, şəxsiyyət anlayışını bir kənara qoysaq, heç kəs heç kəsə can verməyib, heç kəs də heç kəsdən can ala bilməz. Nadirə bənzər düşüncədə olan adamlar bu cür fikirlərindən məmun qalırlar, “doğruyam”, “haqlıyam” kimi sözlər deyirlər. Və hardasa bu sözlər onlara motivasiya verir. Namus, qeyrət məsələsi olsa belə heç kim bir insanın həyatına son verə bilməz. Buna heç kəsin haqqı yoxdur. Əgər problem varsa, bu, qanuni yolla həll olunmalıdır. Hərə öz bildiyini etsə cəmiyyətdə xaos olar. Heç cəmiyyət olmaz, meşə qayda-qanunları olar.”

Bu cür sözləri işlədənlərin ictimai məsuliyyəti məsələsinə toxunan psixoloq daha sonra əlavə edib:

“Tanınmış bir insanın televiziyada, radioda çıxış edərək, insanların beynində “pis”, “yaxşı”, “orta” - fərqi yoxdur, hansı formadasa model qurduğunu düşünsək, bu hal çox neqativdir. Bu cür açıqlamalar psixoloji problemli, aqressiv, psixopat, travmalı insanların aktivləşməsinə gətirib çıxara bilir. Bu da, təbii ki, yolverilməzdir.”

# 2872 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news