AYB şəhidlərimizlə bağlı bəyanat yaydı - MƏTN

AYB şəhidlərimizlə bağlı bəyanat yaydı - <span style="color:red;">MƏTN
calendar 6 iyul 2017
clock 13:27

Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar. Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.

Günahsız dinc adamların, xüsusən 2 yaşlı məsum körpənin vəhşicəsinə qətli dəhşətli cinayət, həm müharibə qayda-qanunlarına, həm də bütün bəşəri prinsiplərə zidd hərəkətdir. Bu hadisə təcavüzkar Ermənistanın, erməni terrorizminin heç bir sərhəd və norma tanımadığına, insanlığa qarşı hər cür inanılmaz zalımlığı törədə biləcəyinə daha bir sübutdur. Həmçinin, bu qanlı akt onu da göstərdi ki, Azərbaycan Ordusu qarşısında acizliyini anlayan işğalçı düşmən öz çirkin məqsədinə nail olmaq üçün təkrar-təkrar mülki əhalini hədəfə alır, yaşayış məntəqələrini amansızcasına atəşə tutmaqda tərəddüd etmir.

Azərbaycan Yazıçılar Birliyi işğalçı Ermənistanın və erməni hərbi canilərinin bu növbəti barbarlığını hiddətlə pisləyərək, düşmənə qarşı mübarizədə dövlətimizin rəhbərliyini və ordumuzu tam mənada dəstəklədiyini bəyan edir!

Eyni zamanda, Azərbaycan Yazıçılar Birliyi dünya dövlətlərini, beynəlxalq ictimaiyyəti bu qanlı hadisəyə dərhal ciddi münasibət bildirməyə, təcavüzkarın cilovlanması naminə təsirli addımlar atmağa çağırır!

Biz, işğala və hərbi təcavüzə məruz qalan Azərbaycanın yazıçı və şairləri olaraq, bütün dünyadakı qələm yoldaşlarımızı ölkəmizin ədalətli mövqeyini dəstəkləməyə, erməni təcavüzünə qarşı qəti etiraz nidalarını ucaltmağa səsləyirik!

AYB Mətbuat Xidməti

# 1075 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news