Filmlərimiz Batumidə beynəlxalq festivalda nümayiş olunur

Filmlərimiz Batumidə beynəlxalq festivalda nümayiş olunur
calendar 16 sentyabr 2019
clock 14:40

Batumidə "BİAFF 2019" beynəlxalq film festivalı keçirilir.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, festivalda Azərbaycan kinomatoqraflarının da əsərləri nümayiş etdirilir. Festivala azərbaycanlı kinomatoqrafların 2 əsəri təqdim edilib. Bunlar Elmar İmanovun Almaniya və Azərbaycanda hazırladığı 92 dəqiqəlik "Fəsillərin sonu" və Hilal Baydarovun Azərbaycan və Avstriyada hazırladığı "Xurmalar böyüyəndə" adlı 118 dəqiqəlik ekran işləridir.

Bundan başqa, festivala almaniyalı müəllif Veit Helmerin Almaniya və Azərbaycanda hazırladığı 90 dəqiqəlik "Bra" adlı filmi də təqdim edilib.

Qeyd edək ki, 15-22 sentyabr tarixlərində keçiriləcək festivala Azərbaycan, Gürcüstan, Türkiyə, Çexiya, Almaniya, Filippin, Ukrayna, Litva, Polşa, Finlandiya, Fransa, İsrail, Macarıstan, İtaliya və başqa ölkələrdən 40 sənədli və 40 bədii film təqdim edilib.

# 1817 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
Norma
Norma
menu pen all_news