Qapıçı işləyən Mikayıl Müşfiq heykəli – REPLİKA

Qapıçı işləyən Mikayıl Müşfiq heykəli – REPLİKA
calendar 5 iyun 2017
clock 12:31

Mirmehdi Ağaoğlu

Müşfiqin heykəlinin indiki yeri əvvəlkindən qat-qat pisdir. Heykəl qabaq ayrıca abidə kimi dayanırdı, landşafta uyğun idi.

İndisə heykəli bir neçə metr geri çəkiblər, arxasında da "Oxu tar" adında restoran açıblar.

Adamda elə təəssürat yaranır ki, heykəl restoranı reklam etmək məqsədi ilə qoyulub. Baxırsan düzəldilib, cilalanıb, hər şey öz yerində, qəşəngdi, parıldayır, amma mahiyyət yoxdu. Heykəlin mahiyyəti tamamilə itib, kompozisiya pozulub. Müşfiq heykəli mədəniyyət abidəsindən çox kapitalizm elementinə çevrilib.

Bir neçə il əvvəl Nəsiminin heykəlini götürüb yerində nəsə iş gördülər, “Cotton” mağazası tikdilər, sonra heykəli gətirib yerinə qoyanda əvvəlki kompozisiya tamam pozuldu. Heykəl "Nəsimi"dən çox satıcıya oxşadı. Mağazanın aurası heykəlin aurasına darmadağın etdi, indi ora baxanda gözümüz Nəsimini yox, mağazanın nəhəng binasını görür. Heykələ baxa-baxa “Məndə sığar iki cahan”ı yox, başqa şey fikirləşirik: “Görəsən “Cotton”a təzə endirimlər gəlməyib ki?”

İndi də Müşfiqin heykəlini "şveysar-qapıçı"ya oxşadıblar.

Qapıda dayanıb, ordan keçənləri restorana dəvət edir.

Görəsən kababları ucuzdur?

# 2165 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news