Tehran küçələrindəki fahişələrFOTOLAR

<b>Tehran küçələrindəki fahişələr</b> – <span style="color:red;">FOTOLAR
calendar 5 yanvar 2018
clock 17:30

Kavex Qolestan (1950-2003) küçə fotoqrafiyasının pionerlərindən olan dokumentalist fotoqrafdır. Onun işləri İranın bir çox yaradıcı şəxslərinə təsir göstərib.

1972-ci ildə “Kayxan” qəzeti üçün Şimali İrlandiyadakı konflikt barədə reportajla karyerasına başlayan Kavex bir müddət sonra “Ayandegan” dərgisində çalışır. Burada o, sadə iranlıların həyatını işıqlandırır. Onun işləri Tehran universitetinin “Fahişələr, fəhlələr və ruhi xəstə uşaqlar üçün xəstəxana” sərgisində nümayiş olunur. Sərgi bir həftə sonra İran hökuməti tərəfindən bağlanır. Kavexin hökumətin tədbirlərinə reaksiyası başqa cür olur: az sonra fotoları incəsənət qalereyasına yerləşdirir. Ki, bunu İran şahının dul xanımı Fərəh Pəhləvi görür və fotoqrafın həyatı çox tünd rəngdə gördüyünü qeyd edir. 1979-cu il İranda İslam İnqilabı hadisələri "Time" jurnalına düşür. Bu fotolar Kavexə “istisna cəsurluq və inanılmaz öncəduyumuna görə” Robert Kap qızıl medalını (fotojurnalistika sahəsində illik mükafat) qazandırır. Lakin Kavex mükafatını yalnız 13 il sonra, fotolar artıq yeni İran hökümətinə heç bir təhdid yaratmadığı vaxtda ala bilir. Kavex 2003-cü ildə İraq Kürdüstanında müharibə haqda BBC üçün reportaj edərkən həlak olur. Tehranın Şəhri-No qalası adlı rayon inqilaba qədər qırmızı fənərlər küçəsi sayılırdı. Kavexin atmosferi olduqca dəqiq ötürən fotoları zəmanənin və həyatın o biri üzü haqda təsəvvür yaradır.

# 1087 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news