Anara şeir yazan şair: “Bu, onun öz problemidir!”

Anara şeir yazan şair: <span style="color:red;">“Bu, onun öz problemidir!”
calendar 27 dekabr 2017
clock 14:05

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının rəhbəri, şair Barat Vüsalın Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara yazdığı və “Ədəbiyyat qəzeti”nin internet saytında yayımladığı mədhiyyə janrlı şeir ədəbi çevrədə birmənalı qarşılanmayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, sosial şəbəkədə bu şeiri şərh edən yazar və şairlər, onu rəhbərə yarınmaq kimi qiymətləndiriblər.

Gənc şair Şəhriyar del Gerani illər əvvəl şair Vaqif Bəhmənlinin rəhbəri, nazir Əbülfəs Qarayevə yazdığı tərifli şeirdən sonra işdən azad olunmasını xatırladaraq, belə hallarda analoji addımların atılmasını dəstəkləyib.

Şair Salam Sarvan isə, şeiri bayağı və şit adladırıb:

“Əlbəttə, Anar müəllimi də, Əbülfəs Qarayevi də sevmək olar, kimsə bu sevgini yazıyla, şeirlə ifadə də edə bilər, sözüm bunda deyil. Amma bu adamlar (mədhiyyə yazanlar – red.) niyə belə sadəlövhdürlər, hərifdirlər, bunu anlaya bilmirəm. Niyə başa düşmürlər ki, yazdıqları şeirin, yazının bayağılığından, şitliyindən açıq görünür ki, bu münasibət Anar müəllimə, Əbülfəs müəllimə sevgi ifadəsi deyil, başqa şeydi...”

Məsələ ilə bağlı şeirin müəllifi Barat Vüsalla əlaqə saxladıq. O yazdığı şeirdə səmimi olduğunu söylədi:

“Bunu yaxşı əməl saymayanlar nəyi yaxşı sayırlar ki? Yaxşı olan nədir? Onların etdiyi kimi klassikaya hörmətsizlikdir? Nə deyiblər, özləri bilər, onların öz fikridir. Bu şeiri mən indi yox, 2015-ci ildə yazmışam. Bir də, mən bir rəhbər kimi yox, insan kimi, ziyalı olaraq, böyük yazıçı olaraq Anara olan sevgimi ortaya qoymuşam. Anara olan sevgimdə Üzeyir bəyə, Mirzə Cəlilə olan ehtiramımı ifadə etmişəm. Kimə necə təsir edib, bu, onun öz problemidir.

Anar rəhbər olmasaydı da, sevgimi ona bildirəcəkdim. Bu şeiri ona rəhbər kimi yazmamışam. Üzeyir Hacıbəyovun, Mirzə Cəlilin davamçısı, millət fədaisi kimi yazmışam.”

# 1026 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news