Tanpınarıya məktub yazaraq yarışacaqlar - MÜSABİQƏ

Tanpınarıya məktub yazaraq yarışacaqlar - MÜSABİQƏ
calendar 5 fevral 2018
clock 14:29

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Ahmed Hamdi Tanpınar adına yarışma başlayıb.

Yarışmanın Azərbaycan koordinatorluğundan Kulis.aza verilən xəbər görə, bu il yarışmaya əsərlər məktub janrında qəbul olunacaq. Məktublar A.H.Tanpınara ünvanlanacaq.

Əsərlər Türkiyə türkcəsində yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır.

Yarışmaya bir müəllif yalnız bir əsər göndərə bilər.

Yarışmanın nəticələri may ayında elan ediləcək, mükafatlar sahiblərinə 5 May 2018-ci ildə Bursa şəhərində keçiriləcək mərasimdə təqdim olunacaq.

Yarışmaya göndərilən əsərlər komissiya tərəfindən seçilərək, Osmanqazi bələdiyyəsi tərəfindən kitab şəklində nəşr olunacaq.

Yarışmada I yerin sahibinə 5000, II yerin sahibinə 3750, III yerin sahibinə 2500 manat pul mükafatı veriləcək.

Əlavə iki müəllifə həvəsləndirici mükafat olaraq 1250 manat veriləcək.

Yarışmaya son qatılım tarixi: 28 mart 2018-ci il

Əsərlər [email protected] -ünvanında qəbul olunur.

# 1095 dəfə oxunub

Oxşar xəbərlər

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

Namiq Qaraçuxurlu onun üçün kömək istədim

10:22 4 noyabr 2024
Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Emin Sabitoğlu haqqında bilmədiklərimiz...

09:00 2 noyabr 2024
Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

Nəşriyyatların buraxdığı səhvlər - Qanunun tələbləri nədir?

16:48 1 noyabr 2024
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının noyabr repertuarı

15:55 1 noyabr 2024
Qalkin  Ukrayna Muzeyində

Qalkin Ukrayna Muzeyində

15:36 1 noyabr 2024
Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Kubada Azərbaycanın Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

14:27 1 noyabr 2024
menu pen all_news